Paşinyan Fransadan Qarabağa beynəlxalq qrup göndərilməsini istəyib
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Fransadan Azərbaycan ərazisinə – Qarabağa beynəlxalq qrup göndərilməsini xahiş edib.
Paşinyan Fransanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bris Rokfey ilə görüşü zamanı ona Azərbaycanda rusiyalı sülhməramlıların müvəqqəti məsuliyyəti zonasına beynəlxalq qrup göndərməyin “həyati dərəcədə vacib” olduğunu söyləyib.
Paşinyan erməni diversantların hərbçisilərimizə hücumu nəticəsində martın 5-də baş vermiş qanlı toqquşmaya görə, Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-qanuni erməni hərbi birləşmələrini yox, dövlətimizin qanuni ordusunu ittiham edib.
Tərəflər Avropa Şurasının Ermənistandakı uzunmüddətli mülki missiyasının əhəmiyyətini vurğulayıblar.
Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyi Ermənistandan Azərbaycanda rusiyalı sülhməramlıların müvəqqəti yerləşdikləri zonaya silah qaçaqmalçılığının və gizli olaraq hərbçilər keçirilməsinin qarşısının uğurla alındığını bildirib. Antiterror əməliyyatı zamanı Azərbaycanın iki hərbçisi şəhid olub.
Hürr Tərcüman