📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Paşinyan Fransanın ətəyindən yapışmaqda davam edərsə, nəticə olmayacaq" - POLİTOLOQ

2023-10-26 13:43:10

Elxan Şahinoğlu: "Rəsmi Bakı Tiflisin vasitəçiliyinə müsbət yanaşır, lakin rəsmi İrəvanın cavabı gecikir"

"Gürcüstanda keçirilən Beynəlxalq İpək Yolu Forumu çərçivəsində Tiflisin Azərbaycan və Ermənistan arasında vasitəçiliyi yenidən müzakirə olunacaq. Tədbirdə həm Azərbaycanın baş naziri Əli Əsədov, həm də Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edirlər. Onlar arasında görüşü istisna etmək olmaz". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, rəsmi Bakı Tiflisin vasitəçiliyinə müsbət yanaşır, lakin rəsmi İrəvanın cavabı gecikir: "Gürcüstanın baş naziri İrakli Qaribaşvili açılış nitqində Gürcüstan hökumətinin “Dinc Qonşuluq Təşəbbüsü” irəli sürdüyünü, o cümlədən Gürcüstanın qonşu və dostları Azərbaycan və Ermənistanla Cənubi Qafqaza dayanıqlı sülh gətirmək istiqamətində birgə iştiraka hazır olduğunu bildirib. İrakli Qaribaşvilinin bu mesajı ilk növbədə erməni həmkarına yönəlib. Çünki Azərbaycan Qaribaşvilinin hər iki təşəbbüsünə əvvəldən razıdır. Ancaq Nikol Paşinyan İrakli Qaribaşvilinin təkliflərini qəbul etmək əvəzinə uzaq Fransanın ətəyindən yapışmaqda davam edərsə, nəticə olmayacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az