Paşinyan Fransaya gedir
2024-02-20 22:41:39
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya səfər edəcək.
Sabah baş tutacaq səfər zamanı Paşinyanın Fransa Müqavimət hərəkatının erməni əsilli döyüşçüsü Misak Manuşyan və arvadı Melinin təkrar dəfn mərasimində iştirak edəcəyi gözlənilir.
Səfərlə bağlı hələlik rəsmi açıqlama verilməyib. \\Bakupost.az