📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan hakimiyyəti Qarabağı Azərbaycanın tərkibində görür - Ohanyan

2023-02-24 15:55:00

Paşinyan hakimiyyəti Qarabağı Azərbaycanın tərkibində görür - Ohanyan

"Bizim biganəliyimiz onda oldu ki, hakimiyyəti dəyişdirə bilmədik". 

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri, parlamentdəki müxalif "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan müxalifətin addımlarını şərh edərkən deyib. 

"Biz Ermənistanda mübarizə potensialını - “Müqavimət” hərəkatını yarada bildik və hakimiyyətin vaxtından əvvəl başqa addımlar atmasına imkan vermədik. O ki qaldı taktiki hərəkətlərə - bir kəndin təslim olmasına, sərhəddəki vəziyyətə və s. - bu, hakimiyyətin problemidir", - o əlavə edib. 

"Səfərbərlik prosesində müxalifət nümayəndələri vicdanla iştirak edib, mitinqlər, piketlər təşkil ediblər. Amma çatışmazlıqlar da var idi, xüsusən də Qarabağı Azərbaycanın tərkibində görmək istəyən indiki hakimiyyəti kənarlaşdırmaq mümkün olmadı", - Ohanyan söyləyib. 

Modern.az