📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan helikopterinin məcburi eniş etməsi ilə bağlı açıqlama verib - YENİLƏNİB

2024-05-25 11:26:21

Paşinyan helikopterinin məcburi eniş etməsi ilə bağlı açıqlama verib - YENİLƏNİB

“Əzizlərim, hər şey qaydasındadır. Pis hava şəraiti ilə əlaqədar vertolyotumuz Vanadzorda planlaşdırılmamış eniş edib”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan helikopterinin təcili enişinə münasibət bildirərkən deyib.

“İndi maşınla səyahətə davam edirik. Hər kəsə xoş gün arzulayıram”, - o əlavə edib.

***

Ermənistan Baş naziri Nikol Paşinyanın helikopteri Vanadzor stadionuna məcburi eniş edib.

Hurriyyet.azxəbər verir ki, bu barədə Ermənistan Teleqram kanalları məlumat yayıb.

İlkin məlumata görə, baş nazir Paşinyan Taşirə gedirmiş.

APA