Paşinyan həmin gün xalqa müraciət edəcək
2026-11-20 16:51:18
Ermənistanın yeni Konstitusiya layihəsi noyabrın 23-də dərc ediləcək.
Hurriyyet.net xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, bazar ertəsi Ədliyyə Nazirliyi sözügedən layihəni yayımlayacaq.
Paşinyan həmçinin qeyd edib ki, o da öz növbəsində həmin gün xalqa müraciət edəcək.
Xatırladaq ki, Ermənistan Baş naziri noyabrın 19-da hökumətin iclası zamanı müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirilməsini təklif edərək yeni Konstitusiya rədd ediləcəyi təqdirdə istefa verəcəyini, qəbul ediləcəyi halda isə növbəti seçkilərdə hökumət başçısı postuna namizəd olmayacağını bildirib.