Paşinyan: “Hərbi vəziyyət bəyanatı masamın üzərindədir”
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanda hərbi vəziyyətin tətbiqi imkanı nəzərdən keçirilir. Bunu baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib. O, hər şeyin Azərbaycanla sərhəddəki vəziyyətin inkişafından asılı olduğunu vurğulayıb.
Paşinyan deyib: “Dünən gecə yarısından etibarən hərbi vəziyyət bəyanatı layihəsi mənim masamın üstündədir və biz vaxtaşırı vəziyyəti, belə bir qərarın qəbul edilməsi zərurətini qiymətləndiririk. Əgər belə bir qərar qəbul etməmişiksə, deməli, hesab edirik ki, belə bir qərara ehtiyac yoxdur”.
Eyni zamanda o, gələcəkdə hərbi vəziyyətin tətbiq oluna biləcəyini vurğulayıb. “İndi belə bir qərar qəbul edilməyib, bu o demək deyil ki, vəziyyətdən asılı olaraq belə bir qərar verilməyəcək”, – deyə baş nazir bildirib.
Paşinyan əlavə edib ki, bu, ciddi məsələdir və təkcə hərbi xarakterli deyil.
Hürr Tərcüman