Paşinyan ifadə verdi, fasilədə qırmızı kürü yedi - FOTOFAKT
2023-06-20 15:45:00
Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin nəticələrini araşdıran İstintaq Komissiyasının iclasında ifadə verir.
Hurriyyet.az xəbər verir ki, iclasda fasilə elan olunub. Ermənistan mətbuatı yazır ki, fasilə zamanı Milli Assambleyanın yeməkxanasının işçiləri istintaq komitəsinin otağına yemək aparıblar. Paşaniyan üçün aparılan yeməklərin arasında qırmızı kürü jurnalistlərin diqqətini çəkib.
Erməni mətbuatı qeyd edir ki, yeməkxanada kürü satılmır. Deməli, bu kürü xüsusi olaraq gətirilib.

publika.az