📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan İlham Əliyevlə görüşə bu rəsmiləri də apardı – SİYAHI

2022-10-31 12:20:00

Paşinyan İlham Əliyevlə görüşə bu rəsmiləri də apardı – SİYAHI

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə danışıqlar aparmaq üçün Soçiyə gəlib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Onunla birlikdə baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan gəlib.

Bundan əvvəl Kreml məlumat vermişdi ki, dövlət başçıları 2020 və 2021-ci illərdə əldə edilmiş üçtərəfli razılaşmaların icrasını, eləcə də Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi istiqamətində atılan addımları nəzərdən keçirmək niyyətindədirlər.

Bizim.Media