Paşinyan iqtidarı Ermənistanda sonsuzluqla mübarizə aparır – vəziyyət kritik həddi keçib
2023-06-12 10:20:00
Hurriyyet.az xəbər verir ki, “Sputnik Ermənistan” informasiya agentliyinin verdiyi məlumata görə, Ermənistanda sonsuzluq diaqnozu halları artmaqdadır. Bu da xüsusən də son illərdə ölüm səviyyəsinin artması, millətin qocalması və miqrasiya fonunda demoqrafiya üçün ciddi problemlərdən birinə çevrilir.
Rəsmi statistikaya görə, Ermənistanda sonsuzluq səviyyəsi 16,5% təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatına görə, istənilən dövlət üçün kritik göstərici 15%-dir.
Ermənistanda sonsuzluq diaqnozu evlilikdən sonra keçən 2 il ərzində pasiyentin hamilə qala bilməməsi hesab edilir. Bu problemi nəzərə alan dövlət son 4 il ərzində 25-30 yaş arasındakı sonsuzluq diaqnozu qoyulmuş və övladları olmayan qadınlara pulsuz xidmət təqdim edir.
Hürr Tərcüman