📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan İran Prezidentinin dəfn mərasimində iştirak edəcək

2024-05-22 11:17:09

Paşinyan İran Prezidentinin dəfn mərasimində iştirak edəcək

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan vertolyot qəzasında həlak olanlarla vida mərasimində iştirak etmək üçün İrana səfər edib.
Xəbər verdiyimiz kimi, bu gün Tehranda, imam Xomeyni məscidində keçmiş Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin cümə məscidinin imamı Seyid Məhəmməd Əli Əl Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Məlik Rəhməti və vertolyot qəzasında həlak olmuş digər mərhumlar ilə vida mərasimi keçirilir.
Hürr Tərcüman