📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan İrana gedir

2024-07-30 09:11:18

Paşinyan İrana gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edəcək.

Hurriyyet.az xəbər verir ki, bu məlumatı Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan açıqlayıb.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzasında öləndən sonra növbədənkənar prezident seçkiləri elan edilib. Seçkilərdə 53,6% səs toplayan M.Pezeşkian İranın 9-cu prezidenti seçilib.

qafqazinfo.az