📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan: "İrəvan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır"

2025-01-31 16:15:55

Paşinyan:

Hurriyyet.az xəbər verir ki, Azərbaycanın da razı olacağı təqdirdə, İrəvan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır. 
Belə bir açıqlamanı Ermənisanın Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında verib. 
Paşinyan deyib: "Biz ATƏT-in Minsk qrupunun buraxılması ilə razıyıqmı? Bu şərtlə razıyıq: əgər münaqişə yoxdursa, münaqişəyə xidmət edən formatın mövcud olmasının mənası nədir? Lakin biz əmin olmaq istəyirik ki, Azərbaycan üçün də ATƏT-in Minsk qrupunun buraxılması eyni əhəmiyyətə malikdir. Yoxsa, ATƏT-in Minsk qrupunu bağladıqdan sonra, Ermənistana qarşı ərazi iddiaları qaldırılmasın". 
Hürr Tərcüman