📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan istefa verəcək – KİV

2024-04-01 13:10:06

Paşinyan istefa verəcək – KİV

Ermənistanın Baş naziri Nikol Paşinyanın Tavuşda vəziyyəti sakitləşdirmək üçün istefa verəcəyi bildirilir.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Məlumata görə, bununla əlaqədar Baş nazir partiyanın təcili iclasını keçirib.

“Azərbaycanın keçmiş anklavlarla bağlı tələbləri o qədər güclənib ki, Paşinyan bir müddət hakimiyyətdən getməyə qərar verib. Bununla da o, həm özünü, həm də hökumətini “xilas etmək” fikrindədir”, - qəzet iddia edib.

Nəşrin yazdığına görə, növbədənkənar parlament seçkiləri sentyabrın 10-da keçirilməlidir.