📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan: “İstefa verməyəcəyəm”

2023-09-21 11:20:01

Paşinyan: “İstefa verməyəcəyəm”

Hurriyyet.az xəbər verir ki, “Qraparak” nəşrinin yazdığına görə, dünən axşamdan xeyli keçmiş, hökumət binasının qarşısındakı etirazların qızğın çağında Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfdarlarından ibarət kiçik bir qrup ilə görüşüb, ailə üzvlərini isə Göyçə gölünün yaxınlığındakı bağ evinə göndərib.

Paşinyan komandasına istefa verməyəcəyini, nəyin bahasına olursa-olsun hakimiyyətdə qalacağını bildirib. Qəzetin yazdığına görə, məhz buna görə də polis İrəvandakı nümayişçilərlə kobud davranıb, onlara qarşı işıq-küy qumbarasından istifadə edib.

Hürr Tərcüman