📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan itkin düşən ermənilərlə bağlı yeni rəqəmləri açıqladı

2022-11-10 12:58:00

Paşinyan itkin düşən ermənilərlə bağlı yeni rəqəmləri açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan tərəfindən itkin düşən hərbçilərin sayı ilə bağlı yeni rəqəmləri açıqlayıb.

Hurriyyet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında danışıb.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən 777, İkinci Qarabağ müharibəsində isə 203 nəfər itkin düşüb. O bildirib ki, cari ilin sentyabrında iki ölkə sərhədində son eskalasiya zamanı isə 16 erməni itkin düşüb.

Xatırladaq ki, Paşinyanın daha əvvəlki açıqlamasında Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən 777, İkinci Qarabağ müharibəsində 217, sentyabrda isə 29 nəfərin itkin düşdüyü bildirilirdi.