📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan: “KTMT Ermənistanda öz məsuliyyət sahəsini müəyyənləşdirməkdən imtina edir”

2023-11-15 20:35:47

Paşinyan: “KTMT Ermənistanda öz məsuliyyət sahəsini müəyyənləşdirməkdən imtina edir”

“İrəvan KTMT tədbirlərində iştirak etməməklə qurumdan çıxmaq üçün zəmin hazırlamır”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında deyib.

“Biz müxtəlif səbəblərdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu tədbirlərində iştirak etməmək qərarına gəldik. Mən heç nəyə zəmin hazırlamıram, bu zəmin ya var, ya da yoxdur”, - o, müxalifətçi deputatın KTMT-dən çıxmağa mümkün hazırlıqlarla bağlı sualını cavablandırıb.
Ermənistan Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, İrəvan əsas problemi “KTMT-nin respublikada öz məsuliyyət sahəsini müəyyən etməkdən imtina etməsi” hesab edir.