Paşinyan: KTMT missiyası Ermənistanda fəaliyyət göstərmir
2023-05-22 13:17:00
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyası Ermənistan ərazisində fəaliyyət göstərmir.
Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri bu gün keçirdiyi mətbuat konfransında deyib.
Nikol Paşinyan əlavə edib ki, Təşkilat Ermənistan sərhədlərini müəyyən etməyib və bu məsələ həll olunandan sonra mövcud problemlərin 90 faizi aradan qaldırılacaq. (yenisabah)