Paşinyan KTMT müşahidəçilərini Ermənistana buraxmır - "Lavrov Astanada Mirzoyana narazılığını bildirib"
Markov: “Ermənistan əmindir ki, KTMT və Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qala və daxildən Rusiyaya və bu iki təşkilata hər cür zərər verə biləcək”.
Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, Rusiyanın dövlət və ictimai xadimi Sergey Markov öz “Feysbuk” səhifəsində Ermənistanın hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sədri olduğu halda, təşkilatın Azərbaycan-Ermənistan sərhədinə müşahidəçi missiya göndərməsini əngəlləməsindən gileylənib.
Markov yazıb: “Hazırda Avropa İttifaqının müşahidəçiləri Ermənistan ərazisində, Ermənistanın xahişi ilə Ermənistanla Azərbaycan arasındakı mövqeləri tutublar. Bəs niyə bunlar KTMT-nin yox, Aİ-nin müşahidəçiləridirlər? Ona görə ki, Ermənistan KTMT sədri olaraq, KTMT-dən olan belə bir müşahidəçi missiyasının yaradılması prosedurasını blok edib. Bu məsələ ilə bağlı oktyabrın 13-də Astanada Rusiyanın Xarici İşlər naziri ilə Ermənistanın Xarici İşlər naziri arasında artıq açıq-aşkar söz davası düşdü. Ermənistan rəhbərliyi özünü əsl satqınlar kimi aparır və indi Rusiyadan düz Rusiyanın düşməninə doğru qaçmağa çalışır. Bununla yanaşı, Ermənistan əmindir ki, KTMT və Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qala və daxildən Rusiyaya və bu iki təşkilata hər cür zərər verə biləcək”.
Hürr Tərcüman