Paşinyan: “KTMT üçün yaxşı olmayacaq”
2023-06-02 12:06:00
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsindəki vəziyyətin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nüfuzuna zərbə vurduğunu və bunun KTMT üçün fəsadları ola biləcəyini bəyan edib.
Paşinyan “CNN primanews” telekanalına müsahibəsində deyib: “Bu gün bizim düşdüyümüz vəziyyətdə KTMT-nin fəaliyyəti ilə bağlı müəyyən məyusluq yaranır, çünki, KTMT Ermənistanın öz təhlükəsizliyini təmin eləməsi üçün əsas müxanizm olmalıdır. Lakin demək istəyirəm ki, bu, həm də KTMT-nin nüfuzuna zərbə vuracaq. Yəni təşkilatın özü üçün müəyyən nəticələri olacaq”.
Hürr Tərcüman