📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Makronla müzakirə etdiyi məsələləri açıqlayıb

2023-11-10 17:30:03

Paşinyan Makronla müzakirə etdiyi məsələləri açıqlayıb

“Biz Cənubi Qafqazdakı vəziyyətlə bağlı şəraiti müzakirə etdik”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “X” səhifəsində Fransaya səfəri zamanı Prezident Emmanuel Makronla müzakirə etdikləri məsələdən yazarkən vurğulayıb.

O qeyd edib ki, səfər zamanı Ermənistanla Fransa arasında ikitərəfli münasibətlərin güclənməsini, Avropa İttifaqı ilə əməkdaşlığa dair məsələləri də müzakirə ediblər.

Qeyd edək ki, Nikol Paşinyan noyabrın 9-da Emmanuel Makronla görüşüb, noyabrın 10-da isə VI Paris Sülh Konfransına qatılıb.

report.az