📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan “miatsum”dan imtina etməyə ÇAĞIRDI

2026-11-15 11:07:07

Paşinyan “miatsum”dan imtina etməyə ÇAĞIRDI

Ermənistanın baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı “Real Ermənistan” ideologiyasından danışıb.

Hurriyyet.net  Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, baş nazir bu konsepsiyanın Ermənistanın dövlət və milli maraqlarına əsaslandığını qeyd edib.

“Biz xalqımızın taleyini dəyişməliyik. Bunun üçün qəzəbi, düşmənçiliyi, ümidsizliyi və məyusluğu dəf etməli, başqalarına arxalanmağı dayandırmalı və özümüzə güvənməyə başlamalıyıq”, - deyə Paşinyan bildirib.

O, həmçinin əlavə edib ki, vətəndaşlarının milli maraqlarının müdafiəsinə tam sadiq olan yeganə subyekt məhz Ermənistan Respublikasıdır.