📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Moksvanı müharibəyə çəkməyə nail olacaqmı?

2021-11-18 14:36:00

Paşinyan Moksvanı müharibəyə çəkməyə nail olacaqmı?

2021-ci il noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində baş vermiş vəziyyətin gərginləşməsi geosiyasi kontekstə malikdir. Ən azı ona görə ki, insan tələfatı ilə nəticələnəcəyi bəlli olan bu təxribatdan bir gün əvvəl, 2021-ci il noyabrın 15-də Ermənistanda müdafiə naziri-rusmeylli Arşak Karapetyan "ultra-qərbyönlü Sorosçu” Suren Papikyanla əvəzləndi.
Təxribat “saat mexanizmi kimi” reallaşdı. Ermənistan silahlı qüvvələri “sərhədi hamarlamağa” başlayıb, Azərbaycan ərazisinə daxil olub, azı 15 şəhid, 12 əsir, hərbi texnika və silahları qənimət qoyaraq cavab aldılar. Və hələ tam aydın deyil ki, erməni hərbçiləri ilk olaraq kimin əmrini yerinə yetiriblər - indiki yoxsa sabiq müdafiə nazirinin? 
2021-ci il noyabrın 16-da Ermənistan TŞ-nın katibi Armen Qriqoryan da kömək üçün Rusiyaya müraciət etdiyi barədə bəyanatda, “Ermənistanın suveren ərazisi hücuma məruz qaldığı üçün biz Rusiyanı Ermənistanla Rusiya arasında 1997-ci ildə bağlanmış müqavilə çərçivəsində Ermənistanın ərazi bütövlüyünü qorumağa çağırırıq”, deyə bildirdi. O, bunun şifahi müraciət olduğunu, lakin yazılı şəkildə Moskvaya göndəriləcəyini də izah etdi və 1997-ci ildə imzalanmış ikitərəfli sazişə də istinad etdi.
Armen Qriqoryan həm də bildirdi ki, Rusiya və KTMT Ermənistana kömək etməsə, Paşinyan hökuməti digər beynəlxalq tərəfdaşlardan hərbi yardım istəməyə məcbur olacaq. Təbii ki, ABŞ, Fransa və bir sıra digər NATO üzvləri nəzərdə tutlurdu. Bu bir növ İrəvanın Rusiyaya ultimatumu idi: “Ya siz bizim üçün vuruşursunuz, ya da biz artıq sizin müttəfiqiniz deyilik”. Bu, Rusiyanı radikal və ağrılı qərarların qəbuluna məcbur edir.
Rusiya ilə bağlı məsələ daha da ciddiləşir. Qərb “ağalarının” tapşırığını yerinə yetirən Paşinyan açıq-aşkar təxribatlarda dayanmadan Rusiyanı Cənubi Qafqazdan tez zamanda sıxışdırıb çıxarmaq istəyir. Amma “rus süngüləri”nə arxalanan revanşistlər də fürsətdən yararlanmaq istəyindədirlər.
Əslində, Rusiya Federasiyasının özündə də erməni lobbisi hakimiyyətdədir. Prezident Putin son vaxtlar “demək olar ki, görünməz” olub və ölkədə bütün məsələləri iki erməni həll edir: baş nazir Mişustin və xarici işlər naziri Lavrov-Kələntərov.
Rusyönümlü erməni lobbisi İrəvanın qarşısında sualı kəskin şəkildə qoya bilər - Rusiya Ermənistan üçün vuruşacaq, amma Paşinyan kürsüdə olmayacaq. Beləliklə, Mişustin və Kələntərov bir zərbə ilə iki problemi həll etməyə - Köçəryanın başçılıq etdiyi revanşistləri Ermənistanda hakimiyyətə qaytarmağa və yad ərazilərə erməni ekspansiyasını bərpa etməyə ümid edir. Təbii ki, rus silahlarının kölgəsində.
Ona görə də təsadüfi deyil ki, noyabrın 16-da axşam Robert Köçəryanın başçılıq etdiyi müxalif “Ermənistan” bloku Ermənistandakı vəziyyətlə bağlı bəyanat yayaraq, Nikol Paşinyan hakimiyyətini hərbi itkilərdə və Azərbaycana müqavimət göstərmək iqtidarında olmamaqda ittiham etdi və istefasını tələb etdi. Digər tərəfdən, Paşinyan və Papikyan açıq-aşkar bu varianta hazırlaşırdılar və açıqca Ermənistanın “sahibini və müttəfiqini dəyişmək” istəyirlər. Yenə də bunun xatirinə “böyük müharibəyə” razılaşırlar.
Və burada ən gözlənilməz ssenarilər mümkündür. Və bir şey də göz qabağındadır ki, Rusiyanı müharibəyə cəlb etməyin istənilən variantı dərhal Gürcüstandan “hərbi dəhlizdən keçmək” məsələsini gündəmə gətirir. 

Ülviyyə, Hurriyyet.az