📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Moskva səfərini və Putinlə danışıqları uğurlu adlandırıb

2026-04-02 13:53:14

Paşinyan Moskva səfərini və Putinlə danışıqları uğurlu adlandırıb

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Moskvaya işgüzar səfərini və Rusiya Prezidenti Vladimir Putinlə danışıqları uğurlu adlandırıb.

Hurriyyet.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bunu brifinqdə jurnalistlərə açıqlamasında deyib.

Paşinyan qeyd edib ki, tərəflər bir sıra istiqamətlərdə, xüsusilə mədəniyyət, hərbi-texniki əməkdaşlıq və digər sahələrdə konkret razılaşmalar əldə ediblər.