📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan mübahisəli Ağdağ zirvəsindən DANIŞDI

2021-10-27 17:39:00

Paşinyan mübahisəli Ağdağ zirvəsindən DANIŞDI

Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırıb.

Hurriyyet.az Modern.az-a istinadən xəbər verir ki, “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Narek Kaqramanyan hökumət başçısından Zəngilan və Qafan arasında yerləşən Ağdağ zirvəsi ilə bağlı sual verib.

“Paylasar (Ağdağ) zirvəsi ətrafında heç bir mövqe dəyişikliyi olmayıb. 2020-ci ilin dekabrından həmin ərazidə Sərhəd Qoşunları xidmət aparır. Buna heç nə əlavə edə bilmərəm”-deyə Paşinyan açıqlayıb.

O, Ağdağ zirvəsinin Azərbaycanın nəzarətinə keçməsi barədə yayılan xəbərləri təkzib etməyib.