📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan müdafiə nazirinin dəyişdirilməsinin səbəbini AÇIQLAYIB

2021-11-15 15:40:00

Paşinyan müdafiə nazirinin dəyişdirilməsinin səbəbini AÇIQLAYIB

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin müdafiə naziri Arşak Karapetyanın vəzifəsindən azad edilməsi və onun əvəzinə Baş nazirin müavini Suren Papikyanın təyin edilməsi haqqında qərar qəbul edib.

Hurriyyet.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Qeyd etmək istəyirəm ki, Arşak Karapetyanın müdafiə naziri vəzifəsindən azad edilməsi və onun əvəzinə Baş nazirin müavini Suren Papikyanın təyin edilməsi haqqında qərar qəbul etmişəm. Bu qərar dünəndən etibarən baş verən hadisələrin təhlili nəticəsində qəbul edilib. Hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi qərarına gətirib çıxardı", - N.Paşinyan ölkənin Təhlükəsizlik Şurasının iclasında bildirib.