📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan mühafizəsini gücləndirdi - Onu kilsədə vura bilərlər

2026-02-08 10:16:53

Paşinyan mühafizəsini gücləndirdi - Onu kilsədə vura bilərlər

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə şəxsi təhlükəsizlik məsələləri ilə bağlı yerli medianın gündəminə gəlib.

Hurriyyet.org xəbər verir ki, saytlar baş nazirin mühafizəsinin ikiqat gücləndirildiyini iddia edən məqalələr dərc edirlər. "Mamul" nəşrinin yaydığı məlumata görə, Ermənistan rəhbəri bu gün Arabkirdəki Müqəddəs Xaç Kilsəsində keçiriləcək mərasimdə iştirak edəcək. O kilsəyə gəlməmişdən öncə əraziyə xeyli sayda polis qüvvələri cəlb edilib.

Bəzi müxalifət saytları yazırlar ki, Paşinyan artıq əvvəlki kimi xalqın arasına sərbəst şəkildə çıxa bilməməsinin məlum səbəbləri var. Onun hətta müqəddəs məkanlar sayılan ziyarətgahlar, kilsələrdə belə öz mühafizəsini gücləndirməsi sui-qəsd ehtimalının artmasından xəbər verir. "24Nyus"un yaydığı kadrlara şərh yazan siyasi fəalların bir qismi isə iddia ediblər ki, radikallar ölkədə siyasiləşmiş dini sistemi dağıdan baş nazirə məhz kilsə ziyarətləri zamanı müxtəlif formada hücumlar edə bilərlər.