📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan müharibədəki məğlubiyyətə görə bu şəxsləri günahlandırdı

2022-10-05 22:06:00

Paşinyan müharibədəki məğlubiyyətə görə bu şəxsləri günahlandırdı

Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədəki kapitulyasiyaya görə keçmiş prezidentləri günahlandırıb.

O, keçmiş prezident Robert Koçaryanın hakimiyyəti dövründə o vaxtkı xarici işlər naziri Vardan Oskanyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirib.

"Ermənistan Madrid prinsiplərini qəbul etməklə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı”, - N.Paşinyan deyib.

Baş nazir həmçinin keçmiş prezident Serj Sarkisyanı və sabiq xarici işlər naziri Edvard Nalbandyanı da günahlandırıb: “Kimsə günahı mövcud hakimiyyətin üzərinə atmağa çalışmamalıdır”. \\Report