📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan: “Müttəfiqimiz yüz milyonlarla dollar pulumuzu alsa da, sifariş edilən silahları göndərməyib”

2022-09-29 12:45:00

Paşinyan: “Müttəfiqimiz yüz milyonlarla dollar pulumuzu alsa da, sifariş edilən silahları göndərməyib”

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir sıra ölkələrin, o cümlədən, müttəfiq dövlətlərin hətta yüz milyonlarla dollarlıq sifariş edildiyinə rəğmən, Ermənistana silah tədarük etməkdən imtina elədiklərini bildirib.

Paşinyan Ermənistanın Nazirlər Kabinetinin iclasında deyib: “Elə hallarla qarşılaşmışıq ki, hətta yüz milyonlarla dollar pul ödənildiyi halda – o cümlədən müttəfiq ölkələr tərəfindən –  tədarük üzrə öhdəliklər yetirilməyib. Bunlar ağrılı reallıqlardır və biz vəziyyəti dərindən analiz eləməliyik”.

Hürr Tərcüman