📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Naxçıvana dəhliz verməməkdə israr edir – “Bəyannamədə dəhliz ifadəsi cəmi 1 dəfə keçir...”

2022-10-14 17:55:00

Paşinyan Naxçıvana dəhliz verməməkdə israr edir – “Bəyannamədə dəhliz ifadəsi cəmi 1 dəfə keçir...”

“Bütün regional kommunikasiyaların açılması kontekstində Azərbaycanın “dəhliz mövzusu”nu daim tirajlaması 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin icrasını təhrif etməkdən və sabotajdan başqa bir şey deyil”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən deyib.

Paşinyan yenə saxtakarlıq edərək, guya sözügedən bəyanatın 9-cu bəndində “dəhliz” sözünün heç bir yerdə qeyd olunmadığını bildirib: “9 noyabr 2020-ci il tarixli bəyanatda dəhliz sözü "dağlıq Qarabağ"ın təhlükəsizliyinin təmin edilməsi kontekstində yalnız Laçın dəhlizi ilə bağlı işlənir və nəqliyyat əlaqələrinin açılması mövzusu ilə heç bir əlaqəsi yoxdur”.

Azpolitika.info