Paşinyan Olaf Şoltsu İrəvana dəvət edib
2023-10-03 15:36:31
Hurriyyet.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsu İrəvana dəvət edib.
Almanların Birlik günü münasibətilə həmkarına təbrik məktubu göndərən Paşinyan yazıb: “Sizi və Almaniya xalqını Birlik günü münasibətilə bir daha təbrik edirəm, bundan sonra da tərəqqi arzulayıram.
Sizi Sizin üçün münasib olan zamanda Ermənistana səfərə dəvət edirəm”.
Hürr Tərcüman