📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Paşinyan ona tüpürməyə belə layiq deyil" - Ermənistanda SORĞU

2024-01-11 22:55:54

Ermənistanda ölkənin baş naziri Nikol Paşinyanla bağlı sorğu keçirilib.

Vətəndaşlara Nikol Paşinyanın çıxışlarını dinləyib-dinləməmə ilə bağlı sual ünvanlanıb. Onların əksəriyyəti cavabında baş nazir təhqir edib.

Sorğuda iştirak edən bəzi şəxslərin fikirlərini təqdim edirik:

– O kimdir ki, ona baxaq? O tüpürülməyə belə layiq deyil…

– Mümkün deyil, adını belə eşitmək istəmirəm…

– Heç nəyə qulaq asmıram, sadəcə kanalı dəyişirəm…

– Yox, qulaq asmıram…

– Oğlum, mənim 80 yaşım var, heç nə deməyimə ehtiyac yoxdur, sadəcə iyrənirəm…

– Mən ona qulaq asa bilmirəm. Onun səsi əsəblərimə təsir edir. Kanalı dəyişirəm… 

 

\\KONKRET.az