Paşinyan Pakistanla diplomatik əlaqələr qurmaq istəyir – “Azərbaycanla sülh müqaviləsi imzalasaydıq...”
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin Pakistanla diplomatik əlaqələrin qurulmasına “kömək edəcəyini” hesab edir.
Paşinyan bugünkü çıxışında deyib: “Bizim Konstitusiyamıza görə, Ermənistan bütün ölkələrlə dost münasibətləri qurmağa çalışmalıdır. Pakistanla münasibət qurmaq istiqamətində də ən yüksək səviyyədə olmasa da diplomatik işlər aparılıb və aparılacaq”.
Paşinyan bəyan edib ki, Pakistanın 30 il ərzində Ermənistanın müstəqilliyini tanımamasının və diplomatik əlaqələr qurmamasının səbəblərini anlamaq lazımdır: “Bunu başa düşmək və bu istiqamətdə mümkün qədər irəliləmək lazımdır. Biz nə vaxt Azərbaycanla sülh müqaviləsi bağlaya bilsək, o zaman bu amil də Pakistanla diplomatik münasibətlər qurulması işində müsbət rol oynayacaq”.
Hürr Tərcüman