📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Putindən şübhələnir?

2023-09-15 15:32:04

Paşinyan Putindən şübhələnir?

Artıq Qərbdəki tərəfdaşlarına zəng edirlər

Hurriyyet.az xəbər verir ki, Ermənistanda dərc edilən “Joxovurd” qəzeti anonim mənbələrə istinadla yazıb: “Baş nazir Nikol Paşinyan Rusiya hakimiyyəti tərəfindən Ermənistanda dövlət çevrilişi hazırlandığı barəsində beynəlxalq tərəfdaşlara məlumat verməyi öz siyasi komandasının üzvlərinə tapşırıb”.

Nəşrin məlumatına görə, hakim partiyadan olan deputatlar və nazirlər öz qərbli həmkarlarına zəng edərək və ismarıclar yazaraq xahiş edirlər ki, Ermənistanda ehtimal edilən dövlət çevrilişinin qarşısını alsınlar. Çünki Paşinyanın hakimiyyətdən gedəcəyi təqdirdə, iqtidara rusiyapərəst qüvvələr gələcəklər”.

Hürr Tərcüman