📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Putinə üz çevirdi

2024-06-12 19:00:56

Paşinyan Putinə üz çevirdi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağı və bir daha təşkilata qayıtmayacağını bildirib.

Hürriyyət.az Kriminal.az-a istinadən xəbər verir ki, O, bu barədə parlamentdə çıxışı zamanı deyib.

Paşinyan ad çəkmədən bəyan edib ki, Ermənistanın keçmiş hakimiyyəti "köpük ittifaqı"na girib, lakin sonra qurumun Ermənistanı müdafiə etmədiyi üzə çıxıb.

"Çıxacağıq, geri qayıtmayacağıq", - deyə o, zaldan gələn replikalara cavab olaraq bildirib.