Paşinyan Putini təbrik edib
2024-03-19 13:26:14
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan RF Prezidenti Vladimir Putini yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Bu barədə məlumatı Ermənistanın Nazirlər Kabineti verib.
Təbrikdə deyilir: "Hörmətli Vladimir Vladimiroviç, yenidən Rusiya Federasiyasının prezidenti postuna seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Ermənistan və Rusiya xalqlarının rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə dialoqun inkişafına ümid edirəm”.
Paşinyan Putinə cansağlığı, xoşbəxtlik və gələcəkdə uğurlar arzulayıb.
Hürr Tərcüman