📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Putini tənqid elədi, Moskva isə onun dəvəti qəbul etməsini gözləyir

2023-12-20 17:35:25

Paşinyan Putini tənqid elədi, Moskva isə onun dəvəti qəbul etməsini gözləyir

Hurriyyet.az xəbər verir ki, RF XİN ölkə Prezidenti  Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən tənqid edilməsinə münasibətini bildirib.

Paşinyan 19 dekabr tarixli çıxışında Putini 2020-ci il noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli bəyannaməni pozmaqda ittiham etmişdi.

RF XİN mətbuat təmsilçisi Mariya Zaxarova bu çıxışla bağlı sualın cavabında deyib: “Hesab edirik ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident Vladimir Putinin dəvətini qəbul edərək 25-26 dekabr tarixlərində keçiriləcək MDB sammitində iştirak edəcək. Orada danışmaq mümkün olacaq. Biz dəfələrlə öz mövqeyimizi bildirmişik. Moskva bütün məsələləri təmkinlə həll eləməyə hazırdır”.

Hürr Tərcüman