📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan qapalı görüşdə Azərbaycanla sülh sazişini müzakirə etdi

2023-02-16 12:07:00

Paşinyan qapalı görüşdə Azərbaycanla sülh sazişini müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri ilə qapalı görüş keçirib.

Hurriyyet.az Akktualtv.az-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla imzalanması nəzərdə tutulan sülh sazişinin mətnini müzakirə edilib.

Nəşrin məlumatına görə, görüş zamanı yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərin müzakirə edildiyi qeyd olunub:

“Paşinyan və partiya nümayəndələri Azərbaycanla sülh sazişinin mətni barəsində fikir mübadiləsi aparıblar. Bundan sonra isə Paşinyan bildirib ki, danışıqları mümkün qədər tez bir zamanda başa çatdırmaq, eləcə də Türkiyə ilə münasibətləri nizamlamaq lazımdır”.