📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan: “Qarabağ erməniləri məni anlamır”, “Ermənistanda paralel reallıq mövcud olub”

2023-04-20 16:48:00

Paşinyan: “Qarabağ erməniləri məni anlamır”, “Ermənistanda paralel reallıq mövcud olub”

Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında Qarabağ ermənilərinin onun sözlərini adətən düz başa düşməməsindən gileylənib. Söhbət Paşinyanın Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı barəsində bəyanatından gedir.

Paşinyan deyib: “Adətən orada məni düz başa düşmürlər. Bu səfər də anlamayacaqları istisna deyil. Lakin mənim qiymətləndirmələrim çox dəqiqdirlər”.

Onun sözlərinə görə, qiymətləndirmələri bir kənara qoyub, məzmunun özəyinə baxmaq lazımdır. Paşinyan bir daha təkrar edib ki, Madrid prinsipləri əsasında öz müqəddəratını təyin eləmək hüququ formulu Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını nəzərdə tutur.

Onun sözlərinə görə, Ermənistanda beynəlxalq və geosiyasi vəziyyətlə əlaqəsi olmayan paralel reallıq mövcud olub.

Hürr Tərcüman