📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Qarabağ müharibəsindəki səhvləri sadaladı: "1000 cinayət işi...”

2021-11-08 16:00:00

Paşinyan Qarabağ müharibəsindəki səhvləri sadaladı:

Baş nazir Nikol Paşinyan Ermənistanın Qarabağda 44 günlük müharibədə məğlubiyyətinə səbəb olan səhvləri sadalayıb.

Hurriyyet.az xəbər verir ki, Baş nazir bu barədə İctimai Televiziyada danışıb:

“Müharibə ilə bağlı 1000-dən çox cinayət işi başlanıb. Hazırda 40-a yaxın təqsirləndirilən şəxs var, 10-a yaxını həbs edilib. Düşünürəm ki, məhkəməyə veriləcək işlər yeni olacaq.

Ancaq bu, aysberqin yalnız görünən hissəsidir”.

Paşinyan bildiirb ki, ordu quruculuğu sahəsində əsaslı problemlər var idi:

“Bu problemlər ümumidir. Ordu uzun illər toxunulmaz idi. Ehtiyatsızlıqlar, sui-istifadələr barədə siqnallar var idi, lakin adətən onların müəllifləri qeyri-konstruktiv hesab olunurdu”.

Onun sözlərinə görə,ordunun problemləri döyüş meydanında vəziyyəti müəyyən edib:

“Etiraf etməliyik ki, biz ordu quruculuğu prosesində uğursuzluğa düçar olmuşuq. O mənada ki, o, Ermənistanın çağırışlara tab gətirməli idi, ancaq bunu edə bilmədi”.

O, səfərbərlik resursu ilə də işin lazımi səviyyədə aparılmadığını da qeyd edib.