📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Qarabağ separatçılarının keçmiş liderini qəbul etmədi – TƏXMİNƏN İKİ HƏFTƏ GÖZLƏDİB VƏ…

2023-10-20 11:45:34

Paşinyan Qarabağ separatçılarının keçmiş liderini qəbul etmədi – TƏXMİNƏN İKİ HƏFTƏ GÖZLƏDİB VƏ…

Ləğv edilmiş separatçı rejimin keçmiş lideri Samvel Şahramanyan Ermənistana gəldikdən sonra təxminən iki həftə Ermənistanın baş naziri Nikol Paşinyanın qəbulunu gözləyib. Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri yazır.

Məlumata görə, sözügedən qəbul baş tutmayıb.

Ermənistan mətbuatı yazır ki, Qarabağdakı qanunsuz rejimin keçmiş rəhbəri Paşinyanla bəzi məsələlərə aydınlıq gətirmək istəyib, lakin Ermənistanın baş naziri görüşü “gecikdirib”.

“Görüş əvvəlcə Ermənistan hakimiyyətinin təşəbbüsü ilə keçirilsə də, görünür, sonradan vəziyyət dəyişdi”, - deyə erməni mediası yazır.

Ülviyyə ŞÜKÜROVA

Hurriyyet.az