Paşinyan Qarabağ separatçılarının nümayəndə heyətini QƏBUL ETDİ
2022-10-15 22:46:00
Paşinyan Qarabağ separatçılarının lideri Arayik Arutyunyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı həmsöhbətlər Azərbaycanla danışıqların gedişinə toxunublar.
“Ermənistanın Baş naziri Nikol Paşinyan Arayik Arutyunyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Paşinyan qeyd edib ki, müzakirələrlə bağlı Qarabağlı “həmkarları”na bütün məlumatlar veriləcək”, – deyə məlumatda bildirilir. \\KONKRET.az