📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Paşinyan Qarabağ yükünü daşımaq istəmirsə...”

2022-10-18 20:13:00

“Paşinyan Qarabağ yükünü daşımaq istəmirsə...”

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu müxtəlif zaman kəsiklərində eyni fikri səsləndiriblər: “Qərbi Zəngəzurda nə olacaqsa, Laçın istiqamətində də o olacaq”. Yəni Zəngəzur dəhlizi açıq olacaqsa, Laçına alternativ inşa olunan yeni yol da açıq olacaq, yox əgər Ermənistan Qərbi Zəngəzurda gömrük və sərhəd xidməti vasitəsilə Azərbaycan vətəndaşlarını yoxlayaraq keçirəcəksə, Ermənistanla Qarabağı birləşdirən yolda da Azərbaycan gömrük və sərhəd xidməti fəaliyyət göstərəcək”.

Bunu politoloq Elxan Şahinoğlu bildirib.

“Əslində Qərbi Zəngəzurla bağlı məsələnin həllini gözləmədən gömrük və sərhəd xidmətimiz Ermənistanla Qarabağ arasındakı yolda fəaliyyətə başlamalıdır. Doğrudur, bu halda Qərbi Zəngəzurun açıq dəhliz olması ehtimalı azalacaq. Bütün hallarda Ermənistanla Qarabağ arasındakı yola nəzarətimiz olmalıdır, əks halda keçmiş illərdə olduğu kimi bu yoldan silah və sursat keçirmək üçün istifadə ediləcək, xarici vətəndaşlar Azərbaycanın icazəsi olmadan Xankəndiyə gələcəklər. Buna son vermək lazımdır. Ermənistanın baş naziri Nikol Paşinyanı Laçına alternativ olan dəhlizin necə olacağı maraqlandırmır. Paşinyan Qarabağ yükünü daşımaq istəmirsə, həmin yol da onu maraqlandırmır, üstəgəl separatçıların büdcəsinə də maliyyə ayırmaq istəmir” – E.Şahinoğlu qeyd edib. \\Pravda.az