📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Paşinyan Qarabağda hakimiyyəti bütünlüklə Bakıya verdi" - Satanovski

2023-06-28 21:23:00

“Paşinyan Qarabağda hakimiyyəti bütünlüklə Bakıya verib, Azərbaycana istədiyini etməyə imkan yaradıb”.

Bu sözləri rusiyalı politoloq Yevgeni Satanovski Ermənistan mediasına deyib.

O bildirib ki, hələlik Rusiyanın Ermənistandan gözlədiyi hər şey baş tutmayıb.

“Prezident Əliyev dedi ki, Qarabağ Azərbaycandır. Baş nazir Paşinyan dedi ki, Qarabağ Azərbaycandır. O sözügedən ərazidəki hakimiyyəti tamamilə Bakıya verdi. Bütün iddialar və suallar Paşinyana yönləndirilməlidir”, – deyə Satanovski əlavə edib.

O əminliklə bildirib ki, Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti başa çatdıqdan sonra nə Ermənistan, nə də Azərbaycan bu müddəti uzatmayacaq.

“Mən Rusiyanın Ermənistandan nə gözlədiyini bilmədiyim kimi, Ermənistanın Rusiyadan nə gözlədiyini bilmirəm”, – deyə Satanovski fikrini bitirib. \\KONKRET.az