📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Paşinyan qəti qərarlar verməyə hazırlaşır” - Erməni mətbuatı

2024-07-12 12:45:50

“Paşinyan qəti qərarlar verməyə hazırlaşır” - Erməni mətbuatı

Ermənistan parlamentinin növbədənkənar iclasından əvvəl Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasındakı yaxın çevrəsinə sentyabr-oktyabr aylarında ciddi, qəti addımlar atacağını bəyan edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın “İravnuk” qəzeti hakimiyyətdəki mənbələrinə istinadla məlumat yayıb.

Xəbərdə deyilir ki, Paşinyan “qəti qərarlar veriləcək” deyərkən, nəyi nəzərdə tutduğunu açıqlamayıb. Lakin ehtimal olunur ki, söhbət KTMT-dən çıxmaq barədə rəsmi qərardan gedir: “Mənbələrimiz iddia edir ki, bu müddət ərzində Paşinyanın KTMT-dən çıxmaq qərarına gəlməsi mümkündür. Bu kontekstdə o, bildirib ki, indi bir sıra qeyri-parlament qüvvələrİlə geniş konsolidasiyaya ehtiyacı var”.

Məlumata görə, Paşinyan öz ətrafına əhalini hökumətin kursunun doğruluğuna inandırmaq üçün daha fəal işləmək barədə göstəriş verib: “O, eyni zamanda komandasının birliyindən və iş tərzindən razı qaldığını deyib”.

AzPolitika.info