📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan qızına qadağa qoyub - Səbəbi bilindi

2022-04-14 17:45:00

Paşinyan qızına qadağa qoyub - Səbəbi bilindi

Ermənistanın Baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyanın son vaxtlar sosial şəbəkələrdə gözə görünməməsi sosial şəbəkələrin erməni seqmentində geniş müzakirələrə səbəb olub.

Hurriyyet.az erməni KİV-lərinə istinadla xəbər verir ki, son günlər gözlərdən uzaq həyat keçirən Mariam Paşinyana bu qadağanı atası Nikol Paşinyan qoyub.

Belə ki, müxalif erməni mətbuatının iddiasına görə, Mariam Paşinyanın gecə həyatı, habelə bahalı avtomobillərdə çəkdiyi videoların sosial şəbəkələrdə geniş rezonansa səbəb olmasından sonra Baş nazirin qızı məhz atasının təkidi ilə səssizliyə çəkilib.

Xatırladaq ki, Nikol Paşinyan və Anna Hakobyan cütlüyünün 4 övladından ən böyüyü Mariam Paşinyandır.