📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan: “Qoy bizi Respublika meydanında assınlar”

2026-08-27 16:00:51

Paşinyan: “Qoy bizi Respublika meydanında assınlar”

Ermənistanın baş naziri Nikol Paşinyan vətəndaşlar istəsə, Respublika meydanında asılmağa hazır olduğunu bildirib.

Musavat.com xəbər verir ki, o, bu barədə avqustun 27-də keçirdiyi brifinqdə müxalifətə səs verən vətəndaşların bir qisminin kütləvi həbslər və cəzalar tələb etməməsi ilə bağlı suala cavab verərkən danışıb.

Paşinyan ermənilər hakimiyyətin addımlarını səhv hesab edirlərsə, küçələrə çıxaraq inqilab etmək hüququna malik olduqlarını deyib.

“Qoy Köçəryanın, Çarukyanın və digərlərinin əmlakı, Kaluqa oliqarxının və Serj Sarkisyanın halal zəhmətlə qazandığı sərvət naminə küçələrə çıxsınlar. Bunu bütün hörmətimlə deyirəm. Qoy bizi hakimiyyətdən uzaqlaşdırsınlar və sevimli, ən dürüst Köçəryanı, Sarkisyanı, Çarukyanı hakimiyyətə gətirsinlər, bizi isə Respublika meydanında assınlar. Mən bu ssenari ilə razıyam. Xalqın qərarı mənim üçün müzakirə mövzusu deyil”, – deyə Paşinyan bildirib.