Paşinyan rus "sülməramlıları"ndan "gileyləndi"...
Dağlıq Qarabağda humanitar vəziyyət Laçın dəhlizinin qeyri-qanuni blokadaya alınması səbəbindən son dərəcə gərgin olaraq qalır. Bunu Nikol Paşinyan erməni hökumətinin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya arasında bağlanmış üçtərəfli bəyannaməyə görə, Laçın dəhlizi rus "sülhməramlıları"nın nəzarəti altında qalmalıdır, Azərbaycan isə maneəsiz hərəkəti təmin etməlidir.
“Azərbaycanın Laçın dəhlizinin bağlanması ilə bağlı hərəkətləri qanunsuzdur və beynəlxalq öhdəliklərini kobud şəkildə pozur. 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, sülhməramlı kontingent dəhlizi öz nəzarətində saxlamağa və Bakı tərəfindən pozuntuların qarşısını almağa çağırılır.
Bu, Azərbaycanın qanunsuz hərəkətləri nəticəsində baş verir, lakin bu, vəziyyəti dəyişmir, çünki Rusiya sülhməramlı kontingentinin mövcudluğunun əsas məqamı belə qanunsuzluğun qarşısını almaqdır”, deyə Paşinyan bildirib.
Görünür, Paşinyan Rusiyaya əks-reaksiya vermək üçün əlverişli məqamdan yararlanmaq fürsətini əldən qaçırmaq istəmir.
Ülviyyə, Hurriyyet.az