📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan: "Rusiya, Aİ, ABŞ Qarabağın müstəqilliyini və Ermənistanın bir hissəsi kimi tanımağa HAZIR DEYİL" - VİDEO

2022-10-01 23:57:00

Paşinyan:

“Rusiya, Aİ, ABŞ nə Qarabağın müstəqilliyini, nə də Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazırdır”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 30-da İctimai Televiziya Şirkətinə müsahibəsində deyib.

O bildirib ki, Rusiya, Avropa İttifaqı və ABŞ-ın Ermənistan-Azərbaycan münasibətləri, Qarabağ probleminin həlli ilə bağlı öz baxışları var, lakin onların hər birinin öz həll paketi olduğunu söyləmək olmaz.

Onun sözlərinə görə, yuxarıda adları çəkilən beynəlxalq strukturların və ölkələrin heç biri Qarabağın müstəqilliyini tanımağa və Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil.

“Təbii ki, yanaşmalarda fərqliliklər var. Bu ölkələr faktiki olaraq beynəlxalq nöqteyi-nəzərdən Qarabağın Azərbaycanın tərkib hissəsi olması barədə bəyanatlar veriblər”, – Paşinyan deyib.

“Azərbaycanın beş təklifinə gəlincə, bunlar beynəlxalq səviyyədə tanınmış qətnamələrdir.  Onların əsasında sülh müqavilələri imzalanır.

Mən demirəm ki, bütün sülh müqavilələri eynidir. Amma mahiyyət etibarilə beynəlxalq səviyyədə tanınan sərhədlərin tanınması, ərazi bütövlüyü, suverenliyə hörmət, güc tətbiq etməmək və s. prinsiplər formalaşıb. Bu ifadələr yüz faiz eyni deyil, əslində, eyni məna daşıyır”, – deyə Baş nazir bildirib.

Xuraman Etibarlı,

KONKRET.az