📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Rusiya ilə bağlı məxfi göstəriş verdi

2023-10-25 14:58:40

Paşinyan Rusiya ilə bağlı məxfi göstəriş verdi

Bir aylıq fasilədən sonra Nikol Paşinyanın rəhbərliyi ilə “Mülki Müqavilə”nin üzvləri kollegiya iclası keçirib. Paşinyan və parlament üzvləri üçün əsas məsələ hakimiyyətin qorunub saxlanmasıdır.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

“Paşinyan kollegiya iclasında komanda yoldaşlarına deyib ki, ruslar hakimiyyəti ondan almaq istəyirlər, ona görə də onu qorumaq üçün sərt və aydın addımlar atmaq lazımdır. Paşinyan erməni cəmiyyətində antirusiya əhval-ruhiyyəsini dərinləşdirməyi tapşırıb. Planlarına çatmaq üçün o, bütün resurslardan istifadə etməyə və bu tezislərin istənilən platformada təbliğinə göstəriş verib”, - məlumatda deyilir./axar.az/